Türkiyəli mütəxəssis Hollandiya klubunu çalışdıra bilər
15.05.2024 - 12:36
Türkiyəli mütəxəssis Hollandiya klubunu çalışdıra bilər

Nuri Şahin "Feyenoord"un yeni baş məşqçisi ola bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Rotterdam klubunu çalışdırmağa əsas namizəddir.

Xatırladaq ki, "Feyenoord"un hazırki məşqçisi Arne Slot mövsümün sonunda klubdan ayrılaraq "Liverpul"a keçəcək.

N. Şahin hazırda "Borussiya"da Edin Terziçin köməkçisidir.

0