UEFA İcraiyyə Şurası İsveçrənin Nyon şəhərində keçirilən son iclasında 2027–2029-cu illər üzrə müxtəlif yaş qruplarının Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələri müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, 2029-cu il U-17 qızlar arasında UEFA Avropa Çempionatı Türkiyədə baş tutacaq. Yarışın bütün qarşılaşmaları Trabzon şəhərində keçiriləcək.
UEFA-nın qiymətləndirmə prosesi çərçivəsində həm təşkilati imkanlar, həm də infrastruktur baxımından Türkiyənin təqdim etdiyi şərtlər müsbət dəyərləndirilib və nəticədə ev sahibliyi hüququ Trabzona verilib.
Turnirlərin keçiriləcəyi ölkələr aşağıdakılardır:
17 yaşadək qızlar arasında UEFA Avropa çempionatı
2028 - Belçika
2029 - Türkiyə
19 yaşadək qızlar arasında UEFA Avropa çempionatı
2028 - Portuqaliya
2029 - İtaliya
17 yaşadək kişilər arasında UEFA Avropa çempionatı
2028 - Litva
2029 - Moldova
19 yaşadək kişilər arasında UEFA Avropa çempionatı
2027 - Çexiya
2028 - Bolqarıstan
2029 - Hollandiya