UEFA-dan "Fənərbaxça"ya fransız, "Beşiktaş"a ingilis hakim
24.09.2024 - 12:55
UEFA-dan "Fənərbaxça"ya fransız, "Beşiktaş"a ingilis hakim

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu çərçivəsində keçiriləcək  "Fənərbaxça" - "Yunion Sent-Jilluaz" və "Ayaks" - "Beşiktaş" matçlarını idarə edəcək hakimlər bəlli olub. 

Apasport.az xəbər verir ki, "Fənərbaxça"-"Yunion Sent-Jilluaz" qarşılaşmasını fransalı hakim idarə edəcək. 

Qarşılaşma FIFA referisi Benoit Bastyenə tapşırılıb. Bastyenin köməkçiləri Hiçam Zakrani və Orelyan Bortomeu, VAR hakimi Bastyen Deçepi, AVAR hakimi isə Romein Lisorj olacaq.

Xatırladaq ki, AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov  “Fənərbaxça” – “Yunion” oyununda UEFA Matç direktoru (UEFA Venue Director) funksiyasını yerinə yetirəcək.

"Ayaks" - "Beşiktaş" matçının start fitini ingilis hakim səsləndirəcək. Matçı Con Bruks idarə edəcək. Bruksun köməkçiləri Simon Bennett və Daniel Robathan, VAR hakimi Styüart Atvell, AVAR isə Peter Bankes olacaq.

Qeyd edək ki, hər iki matç sentyabrın 26-da baş tutacaq. 

0