Ulduz futbolçunun meneceri İstanbulda
03.07.2024 - 13:41
Ulduz futbolçunun meneceri İstanbulda

“Borussiya Dortmund”un əfsanəsi Marko Roysun meneceri istanbula gəlib. 

Apasport.az xəbər verir ki, tanınmış futbolçunun meneceri Qalatasaray”ın idarə heyətinin üzvləri ilə görüşüb. Türkiyə nəhəngi 35 yaşlı alman futbolçuya illik 3 milyon maaş və 1+1 illik müqavilə müddəti təklif edir. 

Marko Roys üçün hərəkətdə olan başqa bir türk klubu isə “Trabzonspor”dur. Qara dəniz təmsilçisi onu razı salmaq üçün futbolçusu Tomas Mönyeni vasitəçi təyin edib. 

Futbolçunu heyətinə qatmaq istəyənlər arasında ərəb klubları da var.

Qeyd edək ki, növbəti mövsüm üçün ilk transferini Mişi Batşuayi ilə edən “Qalatasaray” sağ cinah və orta xətt üçün oyunçu axtarışlarını davam etdirir.  

0