Van de Bek Zaxaryanın komandasına keçə bilər
17.04.2024 - 15:23
Van de Bek Zaxaryanın komandasına keçə bilər

İcarə əsasında Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"da çıxış edən mərkəz yarımmüdafiəçisi Donni van de Bek Almaniya çempionatından İspaniya La Liqasına keçə bilər.

Apasport.az xəbər verir ki, "Real Sosyedad" futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Keçid yayda baş verə bilər.  

"Transfermarkt" “Mançester Yunayted”lə müqaviləsi davam edən hollandiyalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir. 

Qeyd edək ki, oyunçu Almaniya çempionatının bu mövsümündə “Ayntraxt”ın heyətində 7 oyun keçirib.

0