Viktor Valdes yenidən futbola qayıtdı - RƏSMİ
24.04.2025 - 21:52
"Barselona"nın əfsanəvi qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.
Apasport.az xəbər verir ki, mütəxəssis İspaniya IV Liqasında çıxış edən "Real Avila" ilə müqavilə imzalayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Sabiq qolkiper 2026-cı ilin yayına qədər komandanı çalışdıracaq.
Onun son işyeri 2020/21 mövsümündə rəhbərlik etdiyi "Hurta" klubu olub.
Qeyd edək ki, Valdes futbolçu karyerası ərzində "Barselona", "Mançester Yunayted", "Midlsbro" kimi komandaların şərəfini qoruyub. O, həmçinin İspaniya millisinin də heyətində yer alıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0