![Vinisiusun "Siti" azarkeşlərinə cavabı gecikmədi](https://apasport.az/storage/news/2025/february/12/big/67ac5162a9b0067ac5162a9b01173934627467ac5162a9afa67ac5162a9aff.webp)
Dünən Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Real" "Mançester Siti" ilə qarşılaşıb.
İngiltərədə baş tutan görüşdə meydan sahiblərinin azarkeşləri maraqlı pankart açıblar. Həmin bannerin üzərində Vinisiusun ünvanına "hönkürtü ilə ağlamağı dayandır" yazılıb və Rodrinin "Qızıl top"la şəkli yer alıb.
"Real"ın braziliyalı ulduzunun buna cavabı gecikməyib. O, açıqlamasında pankart barədə danışıb:
"Mançester Siti" azarkeşlərinin pankartını gördüm və bu, məni daha da həvəsləndirdi. Rəqib azarkeşlər nə zaman bir şey edərlərsə, bu, mənə əla oyun oynamaq üçün daha çox güc verir. Çempionlar Liqasında "Real"a qarşı nə baş verdiyini izah etmək çətindir. Ancaq görürsünüz ki, biz qələbə qazanmaq istəyirdik. Missiya və plan budur”.
Qeyd edək ki, "Mançester Siti" - "Real" matçı qonaqların qələbəsi ilə nəticələnib - 3:2.