Vladimir Putin dünya çempionatına yollanmayacaq
05.06.2026 - 13:12
Rusiya Federasiyasının prezidenti Vladimir Putin DÇ-2026-ya yollanmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, ölkə başçısı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına qatılmayacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Qeyd edək ki, futbol üzrə Rusiya millisi UEFA və FIFA bayrağı altında keçirilən yarışlara buraxılmır.
0
0