“Vulverhempton”dan antirekord
21.12.2025 - 13:36
“Vulverhempton” İngiltərə Premyer Liqasında mövsümün 17 turundan sonra cəmi 2 xal toplayıb.
Apasport.az xəbər verir ki, bu göstərici İngiltərədə peşəkar futbol tarixində mövsümün bu mərhələsi üçün ən pis nəticənin təkrarı kimi qeydə alınıb.
Daha əvvəl eyni göstəriciyə yalnız iki komanda sahib olub: 1970/71 mövsümündə 4-cü divizionda çıxış edən “Nyupor” və 2020/21 mövsümündə Premyer Liqada mübarizə aparan “Şeffild Yunayted”.
Qeyd edək ki, “Vulverhempton” bu gün İngiltərə çempionatının 17-ci turu çərçivəsində doğma meydanda “Brentford”a 0:2 hesabı ilə məğlub olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0