“Vulverhempton”dan “Beşiktaş”a - RƏSMİ
06.02.2026 - 21:15
"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"dan Emmanuel Aqbadunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün qarşı tərəfə 18 milyon avro ödəyib. 28 yaşlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilin yanvar ayında "Reyms"dən transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0