Vüsal İsgəndərlinin komanda yoldaşı oyun vaxtı vəfat etdi
12.11.2023 - 00:48
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirib.
Apasport.az xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.
28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.
Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0