Xabi Alonso "Bayer"dən ayrılacaq
22.10.2024 - 00:36
Xabi Alonso "Bayer"dən ayrılacaq

"Bayer"in baş məşqçisi Xabi Alonso gələn il Avropa nəhənglərindən birinə keçə bilər.

Apasport.az xəbər verir ki, Leverkuzen klubu artıq ispan mütəxəssisin gedişinə hazırlaşır.

İddialara görə, Xabi Alonso "Real Madrid" və "Mançester Siti"yə namizəddir.

Keçən mövsüm Xabi Alonso "Bayer"lə "qızıl dubl" edib - komanda Almaniya kubokunu və Bundesliqanı qazanıb. UEFA Avropa Liqasının finalında "Atalanta"ya uduzaraq, qitənin ikinci dərəcəli klub turnirinin gümüş medallarına sahib çıxıblar.

Qeyd edək ki, "Bayer" hazırda Almaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.

 

0