Xabi Alonso "Jirona"nın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir
27.05.2024 - 09:13
Xabi Alonso "Jirona"nın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir

Bundesliqa çempionu "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso yayda baş tutacaq transferləri planlaşdırmağa başlayıb.

Apasport.az insayder Fabrizio Romanoya istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis komandasını "Jirona"nın yarımmüdafiəçisi Ales Qarsiya ilə gücləndirmək istəyir.

Qarsiya 2021-ci ildən "Jirona"nın rənglərini qoruyur. Bu mövsüm yarımmüdafiəçi klub heyətində 40 matçda iştirak edib, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
 

0