Xavi bu şərtlərlə "Barselona"da qala bilər
29.02.2024 - 15:58
Xavi bu şərtlərlə "Barselona"da qala bilər

Xavi Hernandez daha əvvəl mövsümün sonunda klubu tərk etmək niyyətində olduğunu bildirsə də, "Barselona"da məşqçi kimi işləməyə davam edə bilər.

Apasport.az "TodoFichajes" nəşrinə istinadla xəbər verir ki, Xavinin rəhbərlik etdiyi Kataloniya klubu son həftələrdə müsbət dəyişikliklərlə yadda qalıb. 

"Barselona" İspaniya çempionluğunu və ya Çempionlar Liqasını qazanarsa, o zaman Xavi klubda qala bilər.

Bildirilir ki, klub gənc mütəxəssisin gördüyü işləri yüksək qiymətləndirir. 

Qeyd edək ki, Xavinin hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

 

0