Xavi Qətər millisinə rəhbərlik edə bilər
21.10.2024 - 22:24
Xavi Qətər millisinə rəhbərlik edə bilər

La Liqa nəhənglərindən “Barselona”nın sabiq baş məşqçisi Xavi Qətər yığmasına rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Al-Raya” nəşri məlumat yayıb.

Xəbərdə Qətər Futbol Assosiasiyasının 44 yaşlı mütəxəssislə danışıqlar apardığı bildirilib.

Son ünvanı “Barselona” olan Xavi daha öncə Qətərdə işləyib.

O, 2019-2021-ci illərdə bu ölkənin “Əl Sədd” komandasına rəhbərlik edib və 7 titul qazanıb.

0