10 milyonluq fərq
23.12.2016 - 22:45
10 milyonluq fərq

“Mançester Siti” müdafiəçi Vircil van Deyki heyətinə qatmaq üçün cəhdlərinə davam edir. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” “Sauthempton”a növbəti dəfə təklif irəli sürüblər.

 

Mançesterlilər hollandiyalı futbolçu üçün 60 milyon avro təklif etsə də, “müqəddəslər” onu 70 milyondan ucuza satmaq istəmirlər.

 

Qeyd edək ki, “Sauthempton”a ötən il “Seltik”dən keçən futbolçu bu müddətdə komandanın kilid oyunçularından biri olub və Premyer Liqada 17 oyunda meydana çıxıb.