Çempionlar Liqasının 1/8 final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son qarşılaşmalarından sonra 16 ən yaxşı komandanın adı bəlli olub.
Bu mərhələdə 10 ölkə təmsilçisi çıxış edəcək. 1/8 finalda İspaniya, İngiltərə hərəyə 3, Almaniya, İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika 1 komandayla təmsil olunacaq.
Dekabrın 14-də keçiriləcək püşkatmada qrup qalibləri və ikinciləri fərqli səbətlərdə yer alacaq. Bu üzdən növbəti mərhələdə 1-ci yer sahibləri 2-ci yeri tutanlarla görüşəcək. Əsasnaməyə görə ilk oyunlar ikincilərin meydanında baş tutacaq.
Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparanlar üz-üzə gələ bilməz.
Qrup qalibləri: "Real", "Atletiko", "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bavariya" (hər ikisi Alrmaniya), "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Zenit" (Rusiya)
Qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo" (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki