Azərbaycan millisinin futbolçusu Elvin Məmmədovun “Qarabağ”la 20 oyun keçirdikdən sonra yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu gün Ağdam təmsilçisini “Zirə”yə dəyişən 28 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayında keçdiyi əyalət klubunda 20 matçda 1 qol vurub.
Dönüşümdən sonra yarım il şərəfini qoruduğu “Qarabağ”da 13 çempionat, 1 kubok və 6 avrokubok matçında çıxan Məmmədov yeganə qolunu Premyer Liqada rəqib qapısından keçirib.
Karyerasında ikinci dəfə Ağdam klubundan ayrılan Elvin ümumilikdə bu komandada 90 oyun keçirib və 5 qol vurub. O, çempionatda 57 görüşdə 2 dəfə fərqlənibsə, 2 kubok matçında qola həsrət qalıb. Qitə miqyaslı turnirlərdəki 10 görüşdə isə yarımmüdafiəçi 2 dəfə qol sevinci yaşayıb.