2 oyuna 4 qol və fevralın ən yaxşısı
03.03.2016 - 20:39
2 oyuna 4 qol və fevralın ən yaxşısı

“Mançester Yunayted”in fevral ayındakı ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlərin seçiminə əsasən, gənc hücumçu Markus Reşford ötən yaın ən yaxşısı seçilib.

 

O, səsvermədə iştirak edən azarkeşlərin 56%-nin rəyini toplaya bilib. Reşford 31%-lə ikinci yerdə qərarlaşan Memfis Depayla 13% səs toplayan Linqardı geridə qoyub.

 

Qeyd edək ki, ötən ay əsas komanda ilə 2 oyuna çıxan qəhrəman 4 qola imza atıb. Hücumçu “Midyulland”la Avroliqa və “Arsenal”la Premyer Liqa matçlarında dublla yadda qalıb.