[b]Lexnerlə 3-cü oyun[/b]
26.05.2016 - 12:50
[b]Lexnerlə 3-cü oyun[/b]

Azərbaycan millisinin sabah keçiriləcək yoxlama oyununu idarə edəcək Harald Lexner son 1 ildə 3-cü dəfə yığmamızın qarşılaşmasında fit çalacaq. Apasport.az saytının məlumatına görə, avstriyalı referi 1 seçmə, 2 yoldaşlıq oyununda belə şans qazanıb.

 

O, vətənində təşkil olunan yoxlama oyunlarında 2-ci dəfə belə matça təyinat alıb. 2015-ci il iyunun 7-də millimizin Serbiyaya 1:4 hesabı ilə uduzduğu görüşdə də ədaləti Lexner qoruyub. Həmin matçda hakim vərəqə və penalti qərarı verməyib.

 

2015-ci il sentyabrın 6-da isə Lexner Maltada AÇ-2016-nın seçmə oyununda komandamızı meydana çıxarıb. Həmin matçda qalib müəyyənləşməyib – 2:2. Avstriyalı meydan sahiblərinə 1 sarı vərəqə də verib.

 

Qeyd edək ki, 2010-cu ildən FİFA hakimi olan Lexner 2011-ci ildən UEFA-nın 3-cü kateqoriyasına daxildi.