“Yuventus” mövsümlərarası fasilədə ilk transferi həyata keçirib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Roma”nın yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını “qoca sinyora”nın heyətində davam etdirəcək.
Turin təmsilçisi çoxdandı danışıq apardığı Bosniya və Herseqovina millisinin üzvünün keçidini həll etməyə müvəffəq olub. Bu gün Turinə gedən 26 yaşlı oyunçu yeni komandasında tibbi müayinədən keçib. Pyaniçin keçidinin gün ərzində rəsmən açıqlanması gözlənilir. Bu transfer İtaiya çempionuna 38 milyon avroya başa gəlib.
Qeyd edək ki, Miralem Pyaniç “Roma”ya 2011-ci ildə “Lion”dan keçmişdi.