38 yaşlı futbolçu daha bir il oynaya bilər
27.03.2016 - 21:38
38 yaşlı futbolçu daha bir il oynaya bilər

"Verona"nın hücumçusu Luka Toni cari mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi futbolçunu bu fikrindən daşındıra bilər.

 

TMW-nin iddiasına əsasən, klub rəhbərliyi mövsümün sonunda komanda A seriyasında qalacağı təqdirdə, hücumçudan karyerasını daha bir il davam etdirməyi xahiş edəcək.

 

38 yaşlı hücumçu 2013-cü ildən "Verona"nın şərəfini qoruyur.

 

Hazırda hesabında 19 xal olan "Verona" sonuncu pillədə qərarlaşıb.