41 yaşlı qapıçıdan yeni müqavilə
13.06.2016 - 21:15
41 yaşlı qapıçıdan yeni müqavilə

Kiyev “Dinamo”sunun qapıçısı Aleksandr Şovkovski komandası ilə müqaviləsini yeniləyib. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, 41 yaşlı qapıçının klubu ilə yeni anlaşması bu ilin sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, təcrübəli “çərçivə qoruyucusu” daha əvvəl bir açıqlamasında hələ ki karyerasını bitirməyə hazırlaşmadığını bildirmişdi.