Bakının “İnter” klubu Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi avrokuboklar tarixində Azərbaycan klublarının ən böyükhesablı qələbəsini qazanıb.
Kaxaber Sxadadzenin yetirmələri Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə ilk oyununda meydan sahiblərinin qapısına 5 cavabsız qol vurub. Bu isə avrokuboklar tarixində rekordumuzdur.
İndiyədək əlavə vaxtda əldə olunan darmadağını da saysaq indiyədək klublarımız 4 dəfə belə uğura imza atmışdı. Yalnız “Şəmkir” və “Qarabağ”ın nailiyyətini təkrarlayan “İnter” 5-ci darmadağınımızın müəllifi oldu.
“Qarabağ”ın 4:0-lıq rekordunu yeniləyən bakılılar 5-ci böyükhesablı qələbəni 5 cavabsız qolla qazandı. Lakin Ağdam təmsilçisi belə qələbələrin sayındakı rekordu digərləri üçün əlçatmazdır. Qurban Qurbanovun yetirmələri 3 belə qələbəyə sevinib.
Avrokuboklardakı böyükhesablı qələbələrimiz
19.07.2000 ÇL “Şəmkir” – “Skonto” (Latviya) - 4:1
01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
07.07.2011 “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012 “Trans” (Estoniya) – “İnter” – 0:5
5 qolla yazılan tarix
06.07.2012 - 11:09
0
0