7 oyunçu millidən imtina etdi
20.12.2016 - 21:41
7 oyunçu millidən imtina etdi

Kamerun millisinin 7 üzvü Afrika Millətlər Kubokunda yığmaya kömək etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı Fransanın “Ekip” nəşri yayıb.

 

Fransız həmkarlarımızın yazdığına görə, aşağıdakı futbolçular Afrika Millətlər Kubokunda “şirlər”ə kömək etmək fikrində deyil: Andre Onana (“Ayaks”, Hollandiya), Qi Rolan Ndi Assembe (“Nansi”, Fransa), Joel Matip (“Liverpul”, İngiltərə), Allan Nom (“Vest Bromviç”, İngiltərə), İbrahim Amadu (“Lill”, Fransa), Maksim Punc (“Bordo”, Fransa), Andre Anqissa (“Marsel”, Fransa).

 

Puncdan başqa yuxarıda adı sadalanan futbolçuların hamısı klublarındakı yerlərini itirməmək üçün Qabonda təşkil ediləcək qitə çempionatında çıxışdan imtina edib. Punc isə ümumiyyətlə, Kamerun millisində oynamaq fikrində deyil.

 

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 14-dən fevralın 5-dək davam edəcək.