[b]“Bizdə belə penalti verilsə, hamı hakimi daşa basar” - MÜSAHİBƏ[/b]
18.07.2016 - 10:53
[b]“Bizdə belə penalti verilsə, hamı hakimi daşa basar” - MÜSAHİBƏ[/b]

 

"Qəbələ"nin kapitanı Rəşad Sadiqovun müsahibəsi

- Səfərdə MTK klubuna qalib gələcəyinizi gözləyirdiz?
- Açığı, bunu gözləyirdik. Çünki yaxşı komandamız və özümüzə inam var. Səfərə qələbə üçün getmişdik, buna da nail olduq. Düzdü, qapımıza olmayan penaltini təyin etdilər. Azərbaycanda belə penalti verilsə, hamı hakimi daşa basardı. Amma biz buna Avroliqada şahidlik etdik. Onu da qeyd edək ki, cütün taleyi hələ tam həll olunmayıb.

- Penaltinin qola çevrilməsi, planlarınızı poza bilərdimi?
- Ola bilərdi. Amma yenə də yaxşı nəticə qazana bilərdik. Çünki əvvəlki vaxt deyil. Artıq bütün Azərbaycan klubları avrokuboklarda oynayanda özünə inanır. Biz də bu inamdan irəli gələrək, vətənə sərfəli nəticə ilə qayıdacağımıza əmin idim.

- Belə fikir formalaşıb ki, indiki heyət ötən ilkindən zəif olsa da, "bürünc" mükafatçılardan daha yaxşı futbol sərgiləyir...
- Bunu təlim-məşq toplanışına başlayanda da demişdim. Ola bilsin ki, bu il Avroliqanın qrup mərhələsinə düşə bilmədik. Bu da təbii ki, qarşındakı rəqiblərin gücündən asılıdı. Orada elə klublar var ki, qarşımızı kəsə bilər. Amma o fikirlə razıyam ki, indiki heyət daha yaxşı futbol oynayır.

- MTK ilə Bakıda keçiriləcək cavab matçından hesabı qorumaq üçün oynayacaqsız, yoxsa?...
- İndiyədək hesabı qorumaq üçün oynamamışıq. Məşqçimizin də belə tapşırığı olmayıb. İstər səfərdə, istərsə də evdə qələbə üçün meydana çıxırıq. Bakdakı cavab matçında da yalnız qələbə haqda düşünür. Arenaya toplaşacaq azarkeşlərə qələbə hədiyyə etmək istəyirik.

- 3-cü təsnifat mərhələsinin püşkatmasına baxdınız?
- Baxdım, amma "Lill" klubu ilə maraqlanmamışam. İlk olaraq MTK səddini aşmalıyıq. Bunu bacardıqdan sonra Fransa təmsilçisi ilə maraqlanacağıq. Potensial rəqiblərin içində ən güclüsü "Lill" idi, o da gəldi bizim cütün qalibinə rəqib oldu. 

- "Panatinaikos" düşsəydi?...
- Çexiya, Avstriya klubları var idi. Düzü, onlar "Lill"in daha aşağısında dayanır. Fransa klubu onlardan daha güclüdü. Amma qismətdən də qaçmaq olmaz. Əsas MTK səddini adlayaq, sonra "Lill" haqda düşünmək üçün vaxtımız olacaq.

 

sport7.az

0