[b]“İşlərimizi buna görə qurmuşuq” – Roman Qriqorçuk[/b]
08.08.2016 - 21:26
[b]“İşlərimizi buna görə qurmuşuq” – Roman Qriqorçuk[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının I turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmanı belə şərh edib.

 

- Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi?
- Əvəzləməni müzakirə etmək istəmirəm. Burda xüsusi fərqli bir şey yox idi.

 

- Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız? 
- Həmin an üçün olan vəziyyətə görə qərar verdim. 

 

- "İnter"lə oyun barəsində nə deyə bilərsiniz? Onların "Qarabağ"la matçına baxmısınız?
- Xeyr, baxmamışam. Vaxtımız olmayıb. Sabahdan rəqibi analiz edəcəm.

 

- Legioner limiti sizi çox düşündürdü?
- Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Bu əvvəldən verilən qərardı və biz də buna görə işlərimizi qurmuşuq.