[b]PFL limit dəyişikliyini yanvara saxladı[/b]
07.09.2016 - 11:47
Futbol üzrə I Divizionda yeni qəbul olunmuş limit 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Apaspprt.az saytının məlumatına görə, buna PFL-in AFFA-ya müraciəti səbəb olub.
Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, I Divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yelri və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq. Dünən verilmiş 2+4+5 sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.
Mənbə: affa.az
0
0