[b]25 illik hakimiyyətin sonu[/b]
23.03.2017 - 22:53
[b]25 illik hakimiyyətin sonu[/b]

A seriyası klublarından “Krotone”nin prezidenti Raffael Vrenna istefa verib. Apasport.az saytının məlumatına görə, buna səbəb klubun uğursuz çıxışıdı.

 

Bu barədə o özü açıqlama verib: “25 ildən sonra çox böyük kədərlə komandanı tərk edirəm. Krotone balaca şəhərdi, ancaq çox ehtiraslı və futbolu sevən azarkeşlərə sahibdi. Biz birlikdə həmişə komandanın tarixində qalacaq möhtəşəm mövsümlər keçirmişik. “Krotone”nin A seriyasına yüksəlməsini “Lester”in Premyer Liqa çempionluğu ilə müqayisə etmək olar”.

 

Qeyd edək ki, bu mövsüm A seriyasına yüksəlmiş komanda hazırda sonuncu sıralarda var-gəl edir və elitadakı yerini itirməyə yaxındı.