[b]“Qarabağ”la “İnter”in fərqi [/b]
01.05.2017 - 14:12
[b]“Qarabağ”la “İnter”in fərqi [/b]

Azərbaycan Premyer Liqasında başa çatan 2016/17 mövsümündə 488 vərəqə göstərilib. Apasport.az saytının məlumatına görə, 28 turun 112 qarşılaşmasında 438 futbolçu meydanı sarı vərəqə ilə tərk edib.

 

14 futbolçu görüş ərzində 3 vərəqə alıb. Bunlardan ikisi sarı, sonuncu qırmızı olub. Ümumilikdə, 21 meydandan qovulan oyunçudan 7-si isə birbaşa cəzalanıb.

 

Premyer Liqanın ən intizamsız oyunçusu Renan Silvadı. “Kəpəz”in legioneri 2 qırmızı vərəqə alan yeganə oyunçudu. Hər iki halda ikinci sarı vərəqə alıb, “qırmızı” görən futbolçu daha 6 matçda xəbərdarlıqla kifayətlənib.

 

“Sarı” sayında rekordçu olan Vüqar Mustafayev (“Zirə”) 12 dəfə cəzalanıb. Fuad Bayramov (“İnter”) 10, İlkin Qırtımov (“İnter”), Adil Nağıyev (“Zirə”) və Ağabala Ramazanov (“İnter”/”Qarabağ”) 8 xəbərdarlıq görüb.

 

Premyer Liqada çıxış edən komandalar arasında ən intizamsızı da “İnter”. Bakılılar cəmi 1 qırmızı vərəqə ilə cəzalansa da, “sarı”ların çoxluğu cərimə xallarında antirekordçu olmaq üçün kifayət edib. Bu xallar üzrə ən intizamlı isə “Qarabağ”dı.

 

Qırmızı vərəqə sayında “Kəpəz”lə AZAL “öndədi”. Onların hərəsi 5 dəfə meydandan qovulan oyunçusu üçün üzülüb. “Sumqayıt” isə qırmızı vərəqə görməyən yeganə komandadı.

 

klub

sarı

qırmızı

cərimə xalları

iki sarıya görə

birbaşa

Qarabağ

40

0

1

43

Sumqayıt

51

0

0

51

Neftçi

43

2

1

52

Kəpəz

50

4

1

65

Qəbələ

57

2

1

66

AZAL

53

4

1

68

Zirə

67

1

2

76

İnter

78

1

0

81

Cəmi

439

14

7

502