[b]“Qəbələ”dən sonra...[/b]
04.05.2017 - 16:37
[b]“Qəbələ”dən sonra...[/b]

Sabah Azərbaycan kubokunun finalına çıxacaq “Qarabağ” 17 oyundu uduzmur. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi kubok görüşlərində son məğlubiyyətini 3 il 2 ay (38 ay) öncə alıb.

 

Sonuncu dəfə 2013/14 mövsümünün 1/4 finalının cavab matçında uduzan Qurban Qurbanovun yetirmələrini həmin vaxt “Qəbələ” məyus etmişdi. 2014-cü il martın 19-da keçirilən görüşdə sabahkı rəqibinə evdə 1:2 hesabı ilə uduzduqdan sonra ağdamlılar ardıcıl 3-cü mövsümdü yenilmədən irəliləyir.

 

1143 gün ərzində əyalət təmsilçisi 17 matça çıxıb. “Qarabağ” 2014/15 mövsümündə 5 qələbə və 1 heç-heçə ilə kuboku qazanıbsa, 2015/16 mövsümündə 6 dəfə qalib gəlib. 2016/17 mövsümündə isə finaladək komanda 4 dəfə qələbə qazanıb və 1 heç-heçə edib. Məğlubedilməzlik müddətində komanda 15 dəfə qalib gəlib, 2 dəfə bərabərliklə kifayətlənib.