“Arsenal” yeni hücumçusunu uzaq şərqdə tapdı - FOTO
03.07.2016 - 21:36
"Arsenal" heyətini yeni hücumçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, "topçular" Yaponiyanın "Sanfresse Xirosima" klubunun 21 yaşlı forvardı Takuma Asanonu heyətinə cəlb edib.
Qeyd edək ki, 2013-cü ildən "Sanfresse Xirosima" klubunun şərəfini qoruyan Asano bu klubun heyətində meydana çıxdığı 56 oyunda 11 qola imza atıb.
0
0