“Atletiko” fransızla “nikah təzələdi”
08.06.2016 - 22:00
“Atletiko”nun hücumçusu Antuan Qrizman klubla yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bu barədə "Ekip" nəşri xəbər yayıb.
Fransalı futbolçu “hindular”la müddəti 2021-ci ilədək nəzərdə tutlan yeni anlaşma imzalayıb.
Hazırda Fransa millisi ilə birlikdə vətənində keçirilən Avropa birinciliyinə hazırlaşan hücumçu təkliflərə baxmayaraq Madrid təmsilçisindən ayrılmamaq qərarına gəlib.
Qeyd edək ki, Qrizman 2014-cü ildən Madrid klubunun şərəfini qoruyur. Futbolçu son mövsümdə meydana çıxdığı 54 oyunda 32 qola imza atıb.
0
0