“Atletiko”dan Ben Arfaya təklif
16.04.2016 - 15:18
“Atletiko”dan Ben Arfaya təklif

“Atletiko” yayda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubu “Nitsa”nın yarımmüdafiəçisi Hatem Ben Arfa ilə yaxından maraqlanır.

 

“Atletiko” rəhbərliyi 29 yaşlı xavbekə 3 illik müqavilə təklif edir. Ben Arfa təklifə razılıq versə, ilinə 4 milyon avro qazanacaq.

 

Hələ ki, futbolçu bu təklifi cavablandırmayıb.

 

Qeyd edək ki, karyerası ərzində “Lion”, “Marsel”, “Nyukasl” və “Hall Siti” klublarının formasını geyinmiş Ben Arfa ötən ildən “Nitsa”nın uğurları üçün çalışır.