Hazırlıqlarını paytaxtda davam etdirən “Bakı” bu gün növbəti məşqinə çıxacaq. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”ın baş məşqçisi İbrahim Uzunca da artıq Azərbaycana gəlib.
Uzunca Türkiyədə PRO kateqoriyalı kursa qatıldığı üçün komandaya köməkçi-məşqçi Rafael Əmirbəyov rəhbərlik edirdi. Lakin baş məşqçi dünən gecə Bakıya gəlib və bu gün saat 15:00-da komandanı məşqə çıxaracaq.
Yeri gəlmişkən, “Bakı”nın təlim-məşq toplanışı üçün Türkiyəyə gedib-getməyəcəyinə də ən geci sabah aydınlıq gələcək. Klubdan aldığımız məlumata görə, rəhbərlik bu barədə son sözü məhz sabah deməlidi.
Qeyd edək ki, “Bakı” Topaz Premyer Liqasında qış fasiləsinə turnir cədvəlinin sonuncu pilləsində yollanıb.