“Bakı”dan “İnter”ədək
03.03.2016 - 09:32
Bakının “Rəvan” klubunun qələbəsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 90 gündən sonra qalib gəlib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter”i 2:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri son qələbəsini də bu turnirdə əldə etmişdi. 1/8 finalın dekabrın 3-də baş tutan “Bakı” ilə ev oyununda 1 cavabsız qolla qalib gələn “Rəvan” ardıcıl 9 çempionat matçında qələbəyə həsrət qalmışdı.
Qeyd edək ki, Topaz Premyer Liqasının autsayderi olan bakılıların çempionatdakı 10 oyunluq qələbəsizliyi davam etməkdədi.
0
0