“Baş verənlər məni çox narahat edirəm. Stressdəyəm və gecələr yata bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo deyib.
Hollandiya Futbol Federasiyası tərəfindən qalmaqallı “Villem” – “Utrext” oyununu satmaqda ittiham olunan syerra-leoneli futbolçu 7 il əvvəlki matçda təqsirli olmadığını bildirib: “Bəzən bütün günü ağlayıram. Çünki əlimdən heç nə gəlmir. Gizlədəsi bir şey də yoxdu. Mən heç vaxt Raca Perumala ilə işbirliyində olmamışam”.
Qeyd edək ki, 2008/09 mövsümündəki qarşılaşmada Karqbonun iki komanda yoldaşı ilə birlikdə sinqapurlu Uilson Raca Perumalanın təklifini qəbul etdiyi iddia olunur. 2010-cu ildə “Villem”dən “Bakı”ya keçən mərkəz müdafiəçisi 3 il paytaxt təmsilçisinin şərəfini qoruyub, 2011/12 mövsümündə Azərbaycan kubokunu qazanıb.