“Barselona” axtardığını Premyer Liqada tapıb
29.10.2016 - 01:22
“Barselona” axtardığını Premyer Liqada tapıb

“Barselona” “Liverpul”un müdafiəçisi Natayel Klaynı transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, sağ cinahda ciddi problemlər yaşayan katalonlar Aleyş Vidaldan istədiyi oyunu görməyincə, digər variantlar üzərində düşünməyə başlayıb.

 

İspan klubu Klayn üçün mersisaydlılara 22 milyon avro ödəməyə hazırdı. Əgər ingilislər bu keçidə razılıq verəsələr 17 milyona aldıqları oyunçudan 5 milyon xeyir götürmüş olacaqlar.

 

Qeyd edək ki, “Marca” qəzeti transferin qışda rəsmiləşməsi ehtimalının yüksək olduğunu yazıb.