“Barselona” azarkeşlərinə bir şad, bir də bəd xəbər
25.11.2016 - 22:41
“Barselona”nın futbolçusu Andres İnyesta uzunmüddətli zədədən qayıdıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi bu gün artıq komanda ilə birlikdə məşq edib.
Bir ay öncə 6-8 həftəlik sıradan çıxdığı deyilən futbolçu meydana gözləniləndən tez qayıdıb.
Ancaq katalonlar bu gün də tam heyətlə məşq etməyib. Belə ki, türk oyunçu Arda Turan xəstəlik səbəbilə hazırlığı buraxıb. Onun “Real Sosyedad”la oyunda meydana çıxıb-çıxmayacağı həmin gün bəlli olacaq.
0
0