“Barselona”nın futbolçusu Arda Turan növbəti dəfə zədələnib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü Katoloniya təmsilçisinin bu gün baş tutan məşqində xəsarət alıb.
Aldığı zədəyə görə məşqi yarımçıq tərk edən futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Arda bu zədəyə görə, La Liqanın XXII turunda səfərdə “Alavas”ə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Baş məşqçi Luis Enrike türk futbolçunun əvəzinə Karles Alenanı əsas komandaya cəlb edib. Türk oyunçu ilə yanaşı Xavier Maskerano, Jerard Pike və Rafinya da zədə səbəbindən “Alaves”lə matçda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, “Alaves” – “Barselona” matçı bu gün keçiriləcək.