“Barselona“ Fransa millisinin müdafiəçisini transfer etdi
14.06.2016 - 17:57
“Barselona“ Fransa millisinin müdafiəçisini transfer etdi

“Barselona” mövsümlərarası fasilədə 3-cü transferini gerçəkləşdirib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya klubu bu dəfə mərkəz müdafiəçisi alıb.

 

Belə ki, La Liqa çempionu “Lion”un gənc oyunçusu Samuel Umtiti ilə anlaşıb. Hazırda Fransa millisinin heyətində Avropa çempionatında iştirak edən 22 yaşlı Umtiti yaxın günlərdə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. Bu keçid ispanlara 30 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, “Barselona” Umtitidən əvvəl “Vilyareal”ın yarımmüdafiəçisi Denis Suares və “Sevilya”nın sağ cinah müdafiəçisi Marianonu heyətinə cəlb etmişdi.