“Barselona” gələn il Qətərə gedir
24.12.2014 - 21:05
“Barselona” “Qatar Sport Investments”lə müqavilə öhdəliklərinə əsasən, Qətərdə sərgi matçında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun Asiya ölkəsində yoldaşlıq oyunu gələn il fevral ayının 4-də baş tutacaq.
Lakin İspaniya nəhənginin hələ rəqibi müəyyənləşməyib.
Beləliklə, “Barselona” La Liqanın XXI turu çərçivəsində “Vilyarreal”la görüşdən (1 fevral) dərhal sonra Qətərə yola düşəcək. Sözügedən ölkədən qayıtdıqdan sonra Luis Enrikenin yetirmələri “Atletik”lə üz-üzə gələcək. Bu qarşılaşma isə fevralın 8-də keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0