“Barselona” sağ cinaha oyunçu tapıb
25.11.2016 - 20:39
“Barselona” sağ cinaha oyunçu tapıb

Dani Alvesin “Yuventus”a transferindən sonra müdafiənin sağ cinahında ciddi problemlər yaşayan “Barselona” həmin mövqeyə oyunçu axtarışlarını davam etdirir. Apasport.az saytının “Goal.com”a istinadən məlumatına görə, bir neçə futbolçu ilə maraqlanan katalonların əsas hədəfi Bransilav İvanoviçdi.

 

“Çelsi”nin serb müdafiəçi ilə müqaviləsinin müddəti 2017-ci ildə sona çatacaq. Mövcud qaydalara əsasən, onun artıq yanvardan etibarən digər klublarla danışıqlar aparmaq hüququ var.

 

Qeyd edək ki, Antonio Kontenin “zadəganlar”a baş məşqçi keçməsindən sonra 3-4-3 sistemi ilə oynayan komandada heyətə düşməkdə çətinlik çəkən İvanoviç komandasını dəyişməkdə maraqlıdı.