“Barselona”nı keçmək üçün son bir addım
07.01.2017 - 20:00
“Barselona”nı keçmək üçün son bir addım

La Liqanın XVII turunda “Qranada” ilə qarşılaşan “Real” 5:0 hesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, bu, “kral klubu”nun bütün turnirlərdə keçirdiyi 39-cu məğlubiyyətsiz oyun olub.

 

Əldə etdiyi nəticə ilə madridlilər “Barselona”nın ötən il göstərdiyi nəticəni təkrarlayıblar. Belə ki, kataloniyalılar da ötən il bu qədər oyunda məğlubiyyət üzü görməmişdi.

 

Əgər İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Sevilya”ya uduzmasalar (12 yanvar) Zinəddin Zidanın yetirmələri bu sahədə mütləq rekordçu olacaqlar.

 

Qeyd edək ki, “Real” La Liqada XVII turdan sonra keçirdiyi 16 oyunda topladığı 40 xalla turnir cədvəlində liderlik mövqeyində qərarlaşıb.