“Barselona”ya dopinq sürprizi
03.03.2017 - 23:14
“Barselona”nın oyunçuları məşq zamanı sürprizlə qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, UEFA nümayəndələri komandanın hazırlığını ziyarət edərək klubun 10 oyunçusunu dopinq testə cəlb ediblər.
Futbolçulardan Jerar Pike, İvan Rakitiç, Serxio Busgets, Andres İnyesta, Luis Suares, Lionel Messi, Neymar, Jordi Alba, Xavyer Maskerano və Serxi Rebertodan qan analizi götürülüb.
Qeyd edək ki, "Barselona" 57 xalla La Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Kataloniya klubundan 1 oyun az keçirən "Real" 56 xalla 2-ci pillədədir.
0
0