“Mətbuat konfransından sonra Kutaisiyə gedib, kubok oyununu baxacam. Mən Gürcüstan çempionatının axarını da izləyəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstan millisini də çalışdıran mütəxəssis yığmanın heyətini açıqlaması ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edib. Sxadadze Malta ilə martın 25-də, Almaniya ilə isə 29-da keçiriləcək qarşılaşmalar öncəsi planlarından danışıb, ölkə futbolunun durumundan şikayətlənib: “Təəssüf ki, ölkə çempionatı yaxşı səviyyədə deyil. Bu durumu da düzəltmək lazımdı. Başqa yolla nəticə qazanmayacağıq. Ölkə rəhbərliyi futbolun inkişafına kömək göstərməlidi”.