“Bavariya” azarkeşlərinə şad xəbər
17.11.2016 - 21:04
“Bavariya” azarkeşlərinə şad xəbər

“Bavariya”ya zədəli oyunçusundan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, məlum səbəbdən milli komandanın son toplanışından kənarda qalan Jerom Boatenq artıq sıraya dönməyə hazırdı.

 

Bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, müdafiəçi həftə ərzində komanda yoldaşları ilə normal qaydada məşq edib.

 

Qana əsilli oyunçu həftə sonu “Borussiya” ilə oyunda meydana çıxa biləcək.