“Bavariya” yayda heç bir oyunçu transfer etməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə münhenlilərin yeni baş məşqçisi Karlo Ançelotti yerli mətbuata açıqlamasında bildirib.
“Bavariya” çox sürətli bir şəkildə iki oyunçu ilə müqavilə imzaladı. Bununla da bizim üçün transfer pəncərəsi bağlanıb. Çempionlar Liqası haqqında nədüşünürəm? Mənim bu turnirlə çox yaxşı xatirələrim var. Daha bir klublar bu yarışın çempionu olmaq istəyirəm” - deyə o, bildirib.
Qeyd edək ki, Almaniya çempionu mövsüm başa çatan kimi iki oyunçunun – “Borussiya”dan Mats Hummelsin və “Benfika”dan Reantu Sançesin keçidini elan etmişdi.