“Bavariya” və “Bazel”in futbolçuları Azərbaycanda oynayacaq
11.03.2015 - 09:55
“Bavariya” və “Bazel”in futbolçuları Azərbaycanda oynayacaq

17 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarına qatılacaq Balkan təmsilçisi Azərbaycana gələcək futbolçuların ilkin siyahısını müəyyənləşdirib.

 

Baş məşqçi Dario Basiç heyətə 23 oyunçu daxil edib. O, bu həftə keçiriləcək toplanışdan sonra onlar arasında seçimini edəcək. Turnirə isə 18 futbolçu gələcək.

 

Xorvatiya millisi hazırlıqlara bu oyunçularla başlayıb: Adrian Şemper, Vinko Soldo, Borna Boroveç, Luka Pasariçek, Davor Lovren, Adrian Zenko, Adrian Bleçiç, Yosip Brekalo, Marko Dira, Karlo İqor Majiç, Matey Hudeçek, Nikola Moro, Kristian Saboloviç, Borna Sosa (hamısı “Dinamo”), Luka İvanuşeç (“Varajdin”), Marko Prugoveçki, Marin Karamarko (hər ikisi “Hayduk”), Mario Srniçki (“Bavariya”, Almaniya), Maksim Oluiç (“Lokomotiv”), İvan Nevistiç (“Osiyek”), İvan Markota (“Split”), Martin Erliç (“Parma”, İtaliya), Ruben Livio Kotlar (“Baze”, İsveçrəl).

 

Qeyd edək ki, martın 17-22-də Bakıda mübarizə aparacaq qrupda Azərbaycan, Xorvatiya, Serbiya və Portuqaliya milliləri mübarizə aparacaq.