“Bavariya”dan transfer
25.04.2016 - 15:03
“Bavariya”dan transfer

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsin gələn mövsümdən hansı komandanın formasını geyinəcəyi müəyyənləşib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, təcrübəli futbolçu yayda “Bavariya”ya keçəcək.

 

“Barselona”nın maraq dairəsində olan 28 yaşlı oyunçu Münhen klubuna keçməyi üstün tutub. O, “pivəçilər”lə 4 illik müqaviləni artıq razılaşdırıb. Anlaşmaya görə, mərkəz müdafiəçisinin “Bavariya”da illik məvacibi 10 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, “Borussiya” rəhbərliyi müqavilə müddəti gələn ilin yayına qədər olan Hummelsin transfer qiymətinin 30 milyon avro olduğunu bəyan etmişdi.